Filologiya fakültəsi 2001-ci ildə yaradılmışdır. Fakültə 2012-ci ilə qədər “Filologiya və jurnalistika”, “Humanitar və tətbiqi elmlər” adı ilə fəaliyyət göstərmişdir. 2012-ci ildən “Filologiya” fakültəsi adı ilə fəaliyyət göstərir.
Fakültədə ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyəsində kadr hazırlığı aparılır.
Təhsil əyani, qiyabi təhsilalma formaları və dissertantura üzrə həyata keçirilir.
Bakalavriat səviyyəsi. Hazırda bakalavriat səviyyəsində “Filologiya (Azərbaycan dili və ədəbiyyatı)”, “Filologiya (türk dili və ədəbiyyatı)”, “Filologiya (ingilis dili və ədəbiyyatı)”, “Tərcümə (ingilis dili üzrə)”, “Tərcümə (alman dili üzrə)”, “Tərcümə (fransız dili üzrə)”, “Tərcümə (ərəb dili üzrə)” ixtisasları üzrə kadr hazırlığı aparılır. Təhsil əyani və qiyabi təhsilalma formaları üzrə həyata keçirilir.
Magistratura səviyyəsi. Hazırda magistratura səviyyəsində “Filologiya” ixtisasının “Azərbaycan dili”, “Ədəbiyyatşünaslıq (Avropa ədəbiyyatı; Türk xalqlarının ədəbiyyatı; Dünya ədəbiyyatı), “Azərbaycan ədəbiyyatı”, “Dilşünaslıq (Ümumi dilçilik; İngilis dili)”, “Tərcümə” ixtisasının “Tərcümə (ingilis dili)” ixtisaslaşmaları üzrə kadr hazırlığı aparılır.
Doktorantura səviyyəsi. Fakültədə doktorantura səviyyəsində yüksək ixtisaslı kadr hazırlığı fəlsəfə doktoru proqramı üzrə aparılır. Hazırda doktorantura səviyyəsində aşağıdakı elm sahələri və elmi ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir:
57 – Filologiya elmləri
Təhsil əyani, qiyabi təhsilalma formaları və dissertantura üzrə həyata keçirilir.
Fakültənin kafedraları. Fakültənin tərkibində 3 kafedra fəaliyyət göstərir: “Ümumi filologiya” kafedrası, “Tərcümə” kafedrası, “Xarici dil və ədəbiyyat” kafedrası