Xarici dil və ədəbiyyat kafedrası

Xarici dil və ədəbiyyat

Image

Kafedra rektorun 23.06.2017-ci il tarixli T046-01/21 nömrəli əmri ilə 2017-ci ildə “Xarici dillər” kafedrası kimi yaradılmışdır, 2018-ci ildə struktur dəyişikliklərinə uyğun olaraq “Xarici dil və ədəbiyyat” kafedrası adı ilə fəaliyyət göstərir. Kafedra “Filologiya” fakültəsinin tərkibinə daxildir. 

       Kafedra Bakı Avrasiya Universitetinin əsas tədris-elmi struktur vahidi olmaqla tədris, tədris-metodiki, təşkilati-metodiki, elmi-tədqiqat fəaliyyətini həyata keçirir, “Filologiya” fakültəsinin “Filologiya (ingilis dili və ədəbiyyatı)” ixtisası üzrə buraxılış kafedrasıdır. 

     Kafedra öz fəaliyyətini Azərbaycan Respublikası Konstitusiyası, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, diğər qanunvericilik aktları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və  Təhsil Nazirliyinin müəyyənləşdirdiyi normativ hüquqi aktlar, Universitetin Nizamnaməsi, Universitet Elmi Şurasının qərarı və rektorun əmr və sərəncamları əsasında qurur.

Yazının davamı

 Kafedra aşağıdakı vəzifələri həyata keçirir:

  • Filologiya (ingilis dili və ədəbiyyatı)” ixtisası üzrə kadr hazırlğının təmin edilməsi; 
  • bütün təhsil formaları üçün tədris planlarında nəzərdə tutulmuş mühazirələrin, laboratoriya işlərinin, praktiki seminar və digər dərslərin yüksək elmi-nəzəri və metodiki səviyyədə aparılması;
  • kurs və buraxılış işlərinə (layihələrinə), istehsalat və digər təcrübələrə, tələbələrin sərbəst dərslərinə rəhbərlik edilməsi;
  • cari imtahanların keçirilməsi;
  • dövlət imtahanlarının təşkili və keçirilməsi;
  • təhsilalanlar arasında tərbiyə işinin təşkili;
  • kafedrada tədris edilən fənlər üzrə tədris proqramlarının işlənib hazırlanması və müvafiq qaydada təsdiq üçün təqdim olunması, həmçinin digər kafedraların hazırladıqları tədris proqramlarına rəy verilməsi;
  • dərslik, dərs vəsaitləri, metodiki rəhbərlik və göstərişlərin və əyani vəsaitlərin hazırlanması, rektorluğun (fakültənin) göstərişi ilə dərslik, dərs vəsaiti və tədris-metodiki ədəbiyyata rəy verilməsi;
  • elmi tədqiqat işlərinin aparılması, tələbələrin elmi tədqiqat işlərinə rəhbərlik edilməsi;
  • tamamlanmış elmi tədqiqat işlərinin müzakirəsi, onların istehsalata tətbiq edilməsi və nəşr edilməsi üçün rəy verilməsi;
  • kafedra əməkdaşlarının tədris, elmi-metodiki və digər işlərinin fərdi planlarının hazırlanması və həyata keçirilməsi;
  • respublikanın və xarici ölkələrin ali məktəblərinin ayrı-ayrı kafedralarının, professor-müəllim heyətinin qabaqcıl iş təcrübəsinin öyrənilməsi və yayılması, gənc müəllimlərə pedaqoji təcrübə toplamaqda köməklik göstərilməsi;
  • tədris prosesində müasir texniki vasitələrdən istifadə edilməsinə dair tədbirlər hazırlanıb həyata keçirilməsi;
  • elmi-pedaqoji və elmi kadrların hazırlanması;
  • kafedra əməkdaşlarının, həmçinin rektorluğun (fakültənin) tapşırığına əsasən digər iddiaçıların dissertasiyalarının müzakirə edilib rəy verilməsi;
  • tədris texnologiyaları üzrə qabaqcıl təcrübənin öyrənilməsi və onlara elmi-texniki köməklik göstərilməsi məqsədi ilə müxtəlif müəssisə və təşkilatlarla əlaqələrin təşkil edilməsi;
  • müxtəlif sahələrdə çalışan mütəxəssislərin ixtisaslarının artırılmasına köməklik göstərilməsi;
  • ali təhsil müəssisəsinin məzunları ilə daim əlaqənin təşkil edilməsi;
  • elmi biliklərin təbliğ edilməsi.

     Kafedranın professor-müəllim heyəti tərəfindən ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələri  üzrə fənlərin tədrisi həyata keçirilir. Tələbələrə ixtisasın dili müasir interaktiv metodlardan istifadə, qabaqcıl təcrübənin öyrənilməsi və səmərəli şəkildə tətbiqi yolu ilə nəzəri və praktik cəhətdən dərindən öyrədilməklə yanaşı, öyrənilən xarici dildə şifahi və yazılı kommunikasiya bacarıqları aşılanır.    Kafedra həmçinin digər ixtisaslarda “Xarici dil”,  “II xarici dil” fənlərinin tədrisini həyata keçirir.    

       Kafedrada linqvistikanın müxtəlif problemləri üzrə elmi-tədqiqat işlərinin aparılması, dərslik, proqram və müxtəlif tədris vəsaitlərinin hazırlanması istiqamətində də işlər görülür. Eyni zamanda elmi seminar və müzakirələrin, simpozium və konfransların təşkili, tələbələrin tədqiqat işlərinə cəlb edilməsi əsas istiqamətlərdəndir. 

      Kafedranın professor-müəllim heyəti beynəlxalq və respublika səviyyəli simpozium və konfranslarda mütəmadi olaraq təmsil olunurlar. 

     Kafedrada beynəlxalq əlaqələr istiqamətində mühüm işlər görülür. Universitetin müxtəlif xarici ölkə ali təhsil müəssisələri ilə bağladığı beynəlxalq əməkdaşlıq proqramlarından müəllim və tələbə heyəti səmərəli istifadə edir. 

     Hazırda kafedranın müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Məcidova Fatma Arif qızıdır. 

İxtisaslar

Magistratura

  • ....

Doktorantura / Dissertantura

  • ....

Tədris olunan fənlər

Bakalavr

  • Dastan yaradıcılığı
  • Dialektologiya
  • Dil tarixi
  • Ədəbi dil tarixi
  • Ədəbi məktəblər
  • II Xarici dil 3
  • Klassik şerin poetikası
  • Mətnin təhlili
  • Mətnlər üzrə iş
  • Nağılların poetikası
  • Ölkə ədəbiyyatı tarixi 
  • Ölkəşünaslıq 
  • Öyrənilən əsas dil 
  • Şifahi xalq ədəbiyyatı (ixtisas ölkəsi üzrə)
  • Üslubiyyat və nitq mədəniyyəti 
  • Xarici dil 
  • Xarici dildə  işgüzar və akademik kommunikasiya

Magistratura

  • Xarici dil

Kafedramızın əməkdaşları

Kafedranın ştat cədvəli onun peşə yönümündən asılı olaraq formalaşır və Rektor tərəfindən təsdiq olunmuş dərs yükünə əsasən hər il hazırlanır. Ştat cədvəli müəyyənləşdirilmiş qaydalara əsasən razılaşdırılır.

Image

Məcidova Fatma
Arif qızı

Kafedra müdiri,
fil.ü.f.d.,dos

Image

Günay Əkrəm qızı Əlizadə

müəllim
Image

Sevda Bədəlova

müəllim
Image

Sevinc Eldar qızı Mütəllimli

müəllim
Image

Tamerlan Adil oğlu Şahbazlı

fil.ü.f.d.
Image

Baylan Zivər Hüseyn qızı Hüseynli

fil.ü.f.d., dos.
Image

Sabina Həsən qızı Rəhimova

b/m
Image

Kəmalə Hidayət qızı Əfəndiyeva

müəllim
Image

Gülcahan Mətləb qızı Nağıyeva

müəllim
Image

 Nərgiz Fariz qızı Xəlilova

böyük laborant