Qısa bioqrafik məlumat
- 08.01.1978-ci ildə Qəbələ rayonunun Bum qəsəbəsində anadan olmuşdur.
- 1995-ci ildə Bum qəsəbə tam orta məktəbini bitirmişdir.
Təhsili, elmi dərəcə və elmi adları
- Dosent, 2013
- Filologiya üzrə fəlsəfə doktoru, AMEA Dilçilik İnstitutu, Azərbaycan dili, 2005
- Əyani aspirantura, 2004
- Magistratura, 2001
- Bakalavriat, 1999
Əmək fəaliyyəti
- 2016-ci ildən Bakı Avrasiya Universitetinin “Ümumi filologiya” kafedrasında dosent
- 2016-ci ildən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun “Müasir Azərbaycan dili” şöbəsində aparıcı elmi işçi
- 2008-ci ildən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun “Müasir Azərbaycan dili” şöbəsində böyük elmi işçi
- 2006-2008-ci illərdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun “Müasir Azərbaycan dili” şöbəsində elmi işçi
- 2001-2006-ci illərdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun “Müasir Azərbaycan dili” şöbəsində kiçik elmi işçi
Tədqiqat sahəsi
Müasir Azərbaycan dilinin aktual problemlərinin öyrənilməsi, bədii və publisistik əsərlərin təhlili, onomastika məsələləri, həmçinin nitq mədəniyyəti məsələlərinin tədqiqi.
Tədris etdiyi fənlər
- Öyrənilən əsas dil
- Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
- Funksional üslubiyyat problemləri
- Müasir leksikoqrafiyanın başlıca problemləri