İxtisaslar
Magistratura
- ....
Doktorantura / Dissertantura
- ....
Kafedra rektorun 23.06.2017-ci il tarixli T046-01/21 nömrəli əmri ilə 2017-ci ildə “Xarici dillər” kafedrası kimi yaradılmışdır, 2018-ci ildə struktur dəyişikliklərinə uyğun olaraq “Xarici dil və ədəbiyyat” kafedrası adı ilə fəaliyyət göstərir. Kafedra “Filologiya” fakültəsinin tərkibinə daxildir.
Kafedra Bakı Avrasiya Universitetinin əsas tədris-elmi struktur vahidi olmaqla tədris, tədris-metodiki, təşkilati-metodiki, elmi-tədqiqat fəaliyyətini həyata keçirir, “Filologiya” fakültəsinin “Filologiya (ingilis dili və ədəbiyyatı)” ixtisası üzrə buraxılış kafedrasıdır.
Kafedra öz fəaliyyətini Azərbaycan Respublikası Konstitusiyası, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, diğər qanunvericilik aktları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin müəyyənləşdirdiyi normativ hüquqi aktlar, Universitetin Nizamnaməsi, Universitet Elmi Şurasının qərarı və rektorun əmr və sərəncamları əsasında qurur.
Kafedra aşağıdakı vəzifələri həyata keçirir:
Kafedranın professor-müəllim heyəti tərəfindən ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələri üzrə fənlərin tədrisi həyata keçirilir. Tələbələrə ixtisasın dili müasir interaktiv metodlardan istifadə, qabaqcıl təcrübənin öyrənilməsi və səmərəli şəkildə tətbiqi yolu ilə nəzəri və praktik cəhətdən dərindən öyrədilməklə yanaşı, öyrənilən xarici dildə şifahi və yazılı kommunikasiya bacarıqları aşılanır. Kafedra həmçinin digər ixtisaslarda “Xarici dil”, “II xarici dil” fənlərinin tədrisini həyata keçirir.
Kafedrada linqvistikanın müxtəlif problemləri üzrə elmi-tədqiqat işlərinin aparılması, dərslik, proqram və müxtəlif tədris vəsaitlərinin hazırlanması istiqamətində də işlər görülür. Eyni zamanda elmi seminar və müzakirələrin, simpozium və konfransların təşkili, tələbələrin tədqiqat işlərinə cəlb edilməsi əsas istiqamətlərdəndir.
Kafedranın professor-müəllim heyəti beynəlxalq və respublika səviyyəli simpozium və konfranslarda mütəmadi olaraq təmsil olunurlar.
Kafedrada beynəlxalq əlaqələr istiqamətində mühüm işlər görülür. Universitetin müxtəlif xarici ölkə ali təhsil müəssisələri ilə bağladığı beynəlxalq əməkdaşlıq proqramlarından müəllim və tələbə heyəti səmərəli istifadə edir.
Hazırda kafedranın müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Məcidova Fatma Arif qızıdır.
Kafedranın ştat cədvəli onun peşə yönümündən asılı olaraq formalaşır və Rektor tərəfindən təsdiq olunmuş dərs yükünə əsasən hər il hazırlanır. Ştat cədvəli müəyyənləşdirilmiş qaydalara əsasən razılaşdırılır.
baş müəllim
baş müəllim
müəllim
müəllim