Tərcümə kafedrası

Tərcümə kafedrası

Image

   “Tərcümə” kafedrası 2002-ci ildə yaradılmış, müxtəlif illərdə  struktur dəyişikliklərinə uyğun olaraq “I Tərcümə (ingilis dili üzrə)”, “II Tərcümə (alman, fransız, fars, ərəb, ispan dilləri üzrə)”, “Tərcümə, xarici ölkələrin dili və ədəbiyyatı”, “Praktik dil və tərcümə”, “Tərcümə” kafedrası adı ilə fəaliyyət göstərmişdir. Kafedra “Filologiya” fakültəsinin tərkibinə daxildir. 

       Kafedra Bakı Avrasiya Universitetinin əsas tədris-elmi struktur vahidi olmaqla tədris, tədris-metodiki, təşkilati-metodiki, elmi-tədqiqat fəaliyyətini həyata keçirir, “Filologiya” fakültəsinin “Tərcümə (ingilis, alman, fransız, ərəb dili)” ixtisası üzrə buraxılış kafedrasıdır. Kafedra respublikamızda ilk dəfə olaraq “Sinxron tərcümə” ixtisası üzrə kadr hazırlığını təmin etmiş və həmin ixtisas üzrə son buraxılış 2010/2011-ci tədris ilində olmuşdur.

     Kafedra öz fəaliyyətini Azərbaycan Respublikası Konstitusiyası, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, diğər qanunvericilik aktları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və  Təhsil Nazirliyinin müəyyənləşdirdiyi normativ hüquqi aktlar, Universitetin Nizamnaməsi, Universitet Elmi Şurasının qərarı və rektorun əmr və sərəncamları əsasında qurur.

Yazının davamı

Kafedra aşağıdakı vəzifələri həyata keçirir:

  • ingilis, alman, fransız və ərəb dilləri üzrə peşəkar tərcüməçi kadrlarının hazırlanması; 
  • bütün təhsil formaları üçün tədris planlarında nəzərdə tutulmuş mühazirələrin, laboratoriya işlərinin, praktiki seminar və digər dərslərin yüksək elmi-nəzəri və metodiki səviyyədə aparılması;
  • kurs və buraxılış işlərinə (layihələrinə), istehsalat və digər təcrübələrə, tələbələrin sərbəst dərslərinə rəhbərlik edilməsi;
  • cari imtahanların keçirilməsi;
  • dövlət imtahanlarının təşkili və keçirilməsi;
  • təhsilalanlar arasında tərbiyə işinin təşkili;
  • kafedrada tədris edilən fənlər üzrə tədris proqramlarının işlənib hazırlanması və müvafiq qaydada təsdiq üçün təqdim olunması, həmçinin digər kafedraların hazırladıqları tədris proqramlarına rəy verilməsi;
  • dərslik, dərs vəsaitləri, metodiki rəhbərlik və göstərişlərin və əyani vəsaitlərin hazırlanması, rektorluğun (fakültənin) göstərişi ilə dərslik, dərs vəsaiti və tədris-metodiki ədəbiyyata rəy verilməsi;
  • elmi tədqiqat işlərinin aparılması, tələbələrin elmi tədqiqat işlərinə rəhbərlik edilməsi;
  • tamamlanmış elmi tədqiqat işlərinin müzakirəsi, onların istehsalata tətbiq edilməsi və nəşr edilməsi üçün rəy verilməsi;
  • kafedra əməkdaşlarının tədris, elmi-metodiki və digər işlərinin fərdi planlarının hazırlanması və həyata keçirilməsi;
  • respublikanın və xarici ölkələrin ali məktəblərinin ayrı-ayrı kafedralarının, professor-müəllim heyətinin qabaqcıl iş təcrübəsinin öyrənilməsi və yayılması, gənc müəllimlərə pedaqoji təcrübə toplamaqda köməklik göstərilməsi;
  • tədris prosesində müasir texniki vasitələrdən istifadə edilməsinə dair tədbirlər hazırlanıb həyata keçirilməsi;
  • elmi-pedaqoji və elmi kadrların hazırlanması;
  • kafedra əməkdaşlarının, həmçinin rektorluğun (fakültənin) tapşırığına əsasən digər iddiaçıların dissertasiyalarının müzakirə edilib rəy verilməsi;
  • tədris texnologiyaları üzrə qabaqcıl təcrübənin öyrənilməsi və onlara elmi-texniki köməklik göstərilməsi məqsədi ilə müxtəlif müəssisə və təşkilatlarla əlaqələrin təşkil edilməsi;
  • müxtəlif sahələrdə çalışan mütəxəssislərin ixtisaslarının artırılmasına köməklik göstərilməsi;
  • ali təhsil müəssisəsinin məzunları ilə daim əlaqənin təşkil edilməsi;
  • elmi biliklərin təbliğ edilməsi.

     Kafedranın professor-müəllim heyəti tərəfindən ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələri  üzrə fənlərin tədrisi həyata keçirilir. Tələbələrə ixtisasın dili müasir interaktiv metodlardan istifadə, qabaqcıl təcrübənin öyrənilməsi və səmərəli şəkildə tətbiqi yolu ilə nəzəri və praktik cəhətdən dərindən öyrədilməklə yanaşı, müasir əmək bazarının tələblərinə uyğun olaraq peşəkar tərcüməçi vərdişləri,  ixtisası üzrə öyrəndiyi xarici dildə şifahi və yazılı kommunikasiya bacarıqları aşılanır.    Kafedra tələbələrin  peşəkar tərcüməçi kimi formalaşması işinə respublikada müvafiq sahə üzrə fəaliyyət göstərən işəgötürənləri, həmçinin  müxtəlif tərcümə mərkəzlərini cəlb etməklə tədris prosesinin səmərəliliyinin artırılmasına nail olmuş və kadr hazırlığında uğurlu nəticələr əldə etmişdir. 

       Kafedrada linqvistikanın və tərcüməşünaslığın müxtəlif problemləri üzrə elmi-tədqiqat işlərinin aparılması, dərslik, proqram və müxtəlif tədris vəsaitlərinin hazırlanması istiqamətində də işlər görülür. Eyni zamanda elmi seminar və müzakirələrin, simpozium və konfransların təşkili, tələbələrin tədqiqat işlərinə cəlb edilməsi əsas istiqamətlərdəndir. 

      Kafedranın professor-müəllim heyəti beynəlxalq və respublika səviyyəli simpozium və konfranslarda mütəmadi olaraq təmsil olunurlar. 

     Kafedrada beynəlxalq əlaqələr istiqamətində mühüm işlər görülür. Universitetin müxtəlif xarici ölkə ali təhsil müəssisələri ilə bağladığı beynəlxalq əməkdaşlıq proqramlarından müəllim və tələbə heyəti səmərəli istifadə edir. 

      “I Tərcümə (ingilis dili üzrə)” kafedrasının ilk kafedra müdiri Orucov Rafiq Məmmədqulu oğlu, “II Tərcümə (alman, fransız, fars, ərəb, ispan dilləri üzrə)” kafedrasının ilk kafedra müdiri Rəhimov Həsən Piri oğlu olmuşdur.

     Hazırda kafedranın müdiri filologiya elmləri namizədi, dosent Rzayeva Sevda Ramiz qızıdır...

Tədris olunan fənlər

Bakalavr

  • Akademik yazı
  • Ardıcıl tərcümə və qeydgötürmə texnikası 
  • Ədəbi mətnlərin tərcüməsi
  • Eşidib anlama və nitq 
  • Hüquqi terminlərin tərcüməsi
  • İctimai-siyasi mətnlərin tərcüməsi
  • İlkin tərcümə vərdişləri
  • İxtisas (regionunun) ölkəsinin dili
  • İxtisas dilinin leksikologiyası
  • İxtisas dilinin üslubiyyatı
  • İxtisas yönümlü xarici dil 
  • KİV mətnlərinin tərcüməsi
  • Nitq etiketi
  • Ölkəşünaslıq və mədəniyyətlərarası ünsiyyət
  • Oxuyub  anlama və yazı 
  • Peşəkar tərcümənin əsasları
  • Sənədlərin və rəsmi yazıların tərcüməsi
  • Sənədləşmə və terminologiya
  • Şıfahi anlama və şifahi ifadə
  • Şifahi tərcümə 
  • Tələffüz və şifahi nitq vərdişləri 
  • Tərcümə nəzəriyyəsi
  • Tərcümə və müqayisəli üslubiyyat
  • Tərcüməçinin oxu vərdişləri 
  • Yazılı mətnin şifahi tərcüməsi 
  • Yazılı tərcümə 

Magistratura

  • İxtisas dilinin leksikologiyası
  • Tərcüməşünaslığın  müasir problemləri
  • Tərcüməşünaslığın tarixi və inkişafı
  • Tərcümə və terminologiya
  • Elmi və işgüzar ixtisas dili
  • Bədii tərcümə problemləri
  • Tərcümənin mədəniyyətlərarası münasibətlərdə rolu
  • Ədəbi tərcüməşünaslıq
  • Tərcüməçi hazırlığında qeyd götürmə texnikaları
  • Tərcümə və mətnlərin tipologiyası

Kafedramızın əməkdaşları

Kafedranın ştat cədvəli onun peşə yönümündən asılı olaraq formalaşır və Rektor tərəfindən təsdiq olunmuş dərs yükünə əsasən hər il hazırlanır. Ştat cədvəli müəyyənləşdirilmiş qaydalara əsasən razılaşdırılır.

Image

Sevda Ramiz qızı Rzayeva

Kafedra müdiri, fil.e.n.,dosent

Image
Image
Image
Image
Image
Image

Ülviyyə Nəriman qızı Hüseynova

fil.e.n., dosent
Image

Vüsal Məhərrəm oğlu Kərimli

Ped.ü.f.d.,baş müəl.
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image

Günel Nail Kazımova

baş müəllim
Image
Image
Image
Image

Rəsulova Vüsalə Ramiz

böyük laborant
Image

Aydan Cavanşir qızı Xankişiyeva

laborant