İxtisaslar
Magistratura
Doktorantura / Dissertantura
- Dil nəzəriyyəsi
- Azərbaycan dili
- German dilləri
- Azərbaycan ədəbiyyatı
- Dünya ədəbiyyatı (ingilis, rus)
- Folklorşünaslıq
Kafedra 2001-ci ildə “Humanitar fənlər və jurnalistika” kafedrası adı ilə yaradılmış, 2013-cü ilə qədər “Filologiya və jurnalistika” kafedrası adı ilə fəaliyyət göstərmişdir. 2013-cü ildə “Nəzəri dilçilik” və “Filologiya və jurnalistika” kafedraları bazasında “Türk xalqlarının dili və ədəbiyyatı” bölümü kimi yenidən formalaşdırılmışdır. 03 iyun 2015-ci ildən kafedranın adı dəyişdirilərək “Türk və xarici ölkə filologiyası” adlandırılmışdır. Kafedra 2018-ci ildən “Ümumi filologiya” adı ilə fəaliyyət göstərir.
Kafedra Bakı Avrasiya Universitetinin əsas tədris-elmi struktur vahidi olmaqla tədris, tədris-metodiki, təşkilati-metodiki, elmi-tədqiqat fəaliyyətini həyata keçirir, “Filologiya” fakültəsinin “Filologiya (Azərbaycan dili və ədəbiyyatı; türk dili və ədəbiyyatı) ixtisası üzrə buraxılış kafedrasıdır.
Kafedra öz fəaliyyətini Azərbaycan Respublikası Konstitusiyası, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, diğər qanunvericilik aktları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin müəyyənləşdirdiyi normativ hüquqi aktlar, Universitetin Nizamnaməsi, Universitet Elmi Şurasının qərarı və rektorun əmr və sərəncamları əsasında qurur.
Kafedra aşağıdakı vəzifələri həyata keçirir:
Kafedranın professor-müəllim heyəti tərəfindən ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə fənlərin tədrisi həyata keçirilir.
“Filologiya” ixtisasının bakalavriat səviyyəsində təhsil alan tələbələrə müasir Azərbaycan və türk dillərinin bölmələri, ümumi və nəzəri dilçilik fənləri geniş şəkildə öyrədilməklə yanaşı, praktik dil vərdişləri də aşılanır, Azərbaycan, Türkiyə və dünya ədəbiyyatı xronoloji qaydada tədris edilir, tələbələr müxtəlif dövrlərdə yaşamış yazıçı və şairlərin həyat və yaradıcılığı ilə tanış edilir, ədəbi əsərlər üzərində sərbəst işlər aparilmaqla fənlər daha dərindən mənimsədilir.
Kafedra professor-müəllim heyəti tərəfindən ali təhsilin bakalavriat səviyyəsində kadr hazırlığı aparılan digər ixtisaslarda “Azərbaycan dili” və “Azərbaycan dili və nitq mədəniyyəti” fənləri tədris olunur.
“Filologiya” ixtisasının magistratura səviyyəsində təhsil alan magistrantlara dil və ədəbiyyatın müxtəlif problemləri ətraflı şəkildə öyrədilir. Eyni zamanda kafedranın professor-müəllim heyəti tərəfindən magistrantlara araşdırma aparmaq, öyrənmək, təhlil və tətbiq etmək, elmi mətn hazırlamaq bacarıqları da aşılanır.
Kafedra fəlsəfə doktoru proqramı üzrə doktoranturada “Filologiya” elm sahəsi üzrə doktorantura və dissertantura yolu ulə yüksək ixtisaslı elmi-pedaqoji kadr hazırlığını həyata keçirir. Kafedranın müvafiq elm sahəsi üzrə elmi potensialının rəhbərliyi ilə doktorant və dissertantlar tərəfindən filologiya elminin ən müasir və aktual problemləri üzrə elmi araşdırmalar aparılır, onların fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün müəyyənləşdirilmiş dissertasiya mövzuları fundamental və tətbiq elmi tədqiqatları əhatə etməklə kafedranın elmi-tədqiqat işinin planına daxil edilir.
Kafedrada türk və xarici ölkə filologiyasının müxtəlif problemləri üzrə elmi-tədqiqat işlərinin aparılması, dərslik, proqram və müxtəlif tədris vəsaitlərinin hazırlanması istiqamətində də işlər görülür. Eyni zamanda elmi seminar və müzakirələrin, simpozium və konfransların təşkili, tələbələrin tədqiqat işlərinə cəlb edilməsi əsas istiqamətlərdəndir.
Kafedranın professor-müəllim heyəti beynəlxalq və respublika səviyyəli simpozium və konfranslarda mütəmadi olaraq təmsil olunurlar.
Kafedrada beynəlxalq əlaqələr istiqamətində mühüm işlər görülür. Universitetin müxtəlif xarici ölkə ali təhsil müəssisələri ilə bağladığı beynəlxalq əməkdaşlıq proqramlarından müəllim və tələbə heyəti səmərəli istifadə edir. Bu baxımdan Türkiyənin Yunus Əmrə İnstitutu ilə əməkdaşlıq çərçivəsində Universitetdə türk dili və ədəbiyyatı ixtisası üzrə təhsilalanların daha yüksək şəkildə hazırlığını artırmaq məqsədilə hər tədris ilində Türkiyədən müəllimlər dəvət edilir.
Hazırda kafedrada 7 nəfər professor, 8 nəfər dosent, 2 nəfər baş müəllim, 2 nəfər müəllim fəaliyyət göstərir.
fil.e.d., professor
fil.ü.e.d., professor
fil.ü.e.d., professor
fil.ü.f.d., dosent
fil.ü.f.d., b/m