Ümumi filologiya kafedrası

Ümumi filologiya 

Image

Kafedra 2001-ci ildə “Humanitar fənlər və jurnalistika” kafedrası adı ilə yaradılmış, 2013-cü ilə qədər “Filologiya və jurnalistika” kafedrası adı ilə fəaliyyət göstərmişdir. 2013-cü ildə  “Nəzəri dilçilik” və “Filologiya və jurnalistika” kafedraları bazasında “Türk xalqlarının dili və ədəbiyyatı” bölümü kimi yenidən formalaşdırılmışdır. 03 iyun 2015-ci ildən kafedranın adı dəyişdirilərək “Türk və xarici ölkə filologiyası” adlandırılmışdır. Kafedra 2018-ci ildən “Ümumi filologiya” adı ilə fəaliyyət göstərir.

Kafedra Bakı Avrasiya Universitetinin əsas tədris-elmi struktur vahidi olmaqla tədris, tədris-metodiki, təşkilati-metodiki, elmi-tədqiqat fəaliyyətini həyata keçirir, “Filologiya” fakültəsinin “Filologiya (Azərbaycan dili və ədəbiyyatı; türk dili və ədəbiyyatı) ixtisası üzrə buraxılış kafedrasıdır.

Kafedra öz fəaliyyətini Azərbaycan Respublikası Konstitusiyası, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, diğər qanunvericilik aktları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və  Təhsil Nazirliyinin müəyyənləşdirdiyi normativ hüquqi aktlar, Universitetin Nizamnaməsi, Universitet Elmi Şurasının qərarı və rektorun əmr və sərəncamları əsasında qurur.

Yazının davamı

Kafedra aşağıdakı vəzifələri həyata keçirir:

  • bütün təhsil formaları üçün tədris planlarında nəzərdə tutulmuş mühazirələrin, laboratoriya işlərinin, praktiki seminar və digər dərslərin yüksək elmi-nəzəri və metodiki səviyyədə aparılması;
  • kurs və buraxılış işlərinə (layihələrinə), istehsalat və digər təcrübələrə, tələbələrin sərbəst dərslərinə rəhbərlik edilməsi;
  • cari imtahanların keçirilməsi;
  • dövlət imtahanlarının təşkili və keçirilməsi;
  • təhsilalanlar arasında tərbiyə işinin təşkili;
  • kafedrada tədris edilən fənlər üzrə tədris proqramlarının işlənib hazırlanması və müvafiq qaydada təsdiq üçün təqdim olunması, həmçinin digər kafedraların hazırladıqları tədris proqramlarına rəy verilməsi;
  • dərslik, dərs vəsaitləri, metodiki rəhbərlik və göstərişlərin və əyani vəsaitlərin hazırlanması, rektorluğun (fakültənin) göstərişi ilə dərslik, dərs vəsaiti və tədris-metodiki ədəbiyyata rəy verilməsi;
  • elmi tədqiqat işlərinin aparılması, tələbələrin elmi tədqiqat işlərinə rəhbərlik edilməsi;
  • tamamlanmış elmi tədqiqat işlərinin müzakirəsi, onların istehsalata tətbiq edilməsi və nəşr edilməsi üçün rəy verilməsi;
  • kafedra əməkdaşlarının tədris, elmi-metodiki və digər işlərinin fərdi planlarının hazırlanması və həyata keçirilməsi;
  • respublikanın və xarici ölkələrin ali məktəblərinin ayrı-ayrı kafedralarının, professor-müəllim heyətinin qabaqcıl iş təcrübəsinin öyrənilməsi və yayılması, gənc müəllimlərə pedaqoji təcrübə toplamaqda köməklik göstərilməsi;
  • tədris prosesində müasir texniki vasitələrdən istifadə edilməsinə dair tədbirlər hazırlanıb həyata keçirilməsi;
  • elmi-pedaqoji və elmi kadrların hazırlanması;
  • kafedra əməkdaşlarının, həmçinin rektorluğun (fakültənin) tapşırığına əsasən digər iddiaçıların dissertasiyalarının müzakirə edilib rəy verilməsi;
  • tədris texnologiyaları üzrə qabaqcıl təcrübənin öyrənilməsi və onlara elmi-texniki köməklik göstərilməsi məqsədi ilə müxtəlif müəssisə və təşkilatlarla əlaqələrin təşkil edilməsi;
  • müxtəlif sahələrdə çalışan mütəxəssislərin ixtisaslarının artırılmasına köməklik göstərilməsi;
  • ali təhsil müəssisəsinin məzunları ilə daim əlaqənin təşkil edilməsi;
  • elmi biliklərin təbliğ edilməsi.

     Kafedranın professor-müəllim heyəti tərəfindən ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələri  üzrə fənlərin tədrisi həyata keçirilir.

       “Filologiya” ixtisasının bakalavriat səviyyəsində təhsil alan tələbələrə müasir Azərbaycan və türk dillərinin bölmələri, ümumi və nəzəri dilçilik fənləri  geniş şəkildə öyrədilməklə yanaşı, praktik dil vərdişləri də aşılanır, Azərbaycan, Türkiyə və dünya ədəbiyyatı  xronoloji qaydada tədris edilir, tələbələr müxtəlif dövrlərdə yaşamış yazıçı və şairlərin həyat və yaradıcılığı ilə tanış edilir, ədəbi əsərlər üzərində sərbəst işlər aparilmaqla fənlər daha dərindən mənimsədilir.

       Kafedra professor-müəllim heyəti tərəfindən ali təhsilin bakalavriat səviyyəsində kadr hazırlığı aparılan digər ixtisaslarda “Azərbaycan dili” və “Azərbaycan dili və nitq mədəniyyəti” fənləri tədris olunur.

      “Filologiya” ixtisasının magistratura səviyyəsində təhsil alan magistrantlara dil və ədəbiyyatın müxtəlif problemləri ətraflı şəkildə öyrədilir. Eyni zamanda kafedranın professor-müəllim heyəti tərəfindən magistrantlara araşdırma aparmaq, öyrənmək, təhlil və tətbiq etmək, elmi mətn hazırlamaq bacarıqları da aşılanır.

      Kafedra fəlsəfə doktoru proqramı üzrə doktoranturada “Filologiya” elm sahəsi üzrə doktorantura və dissertantura yolu ulə yüksək ixtisaslı elmi-pedaqoji kadr hazırlığını həyata keçirir. Kafedranın müvafiq elm sahəsi üzrə elmi potensialının rəhbərliyi ilə doktorant və dissertantlar tərəfindən filologiya elminin ən müasir və aktual problemləri üzrə elmi araşdırmalar aparılır, onların fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün müəyyənləşdirilmiş dissertasiya mövzuları fundamental və tətbiq elmi tədqiqatları əhatə etməklə kafedranın elmi-tədqiqat işinin planına daxil edilir. 

       Kafedrada türk və xarici ölkə filologiyasının müxtəlif problemləri üzrə elmi-tədqiqat işlərinin aparılması, dərslik, proqram və müxtəlif tədris vəsaitlərinin hazırlanması istiqamətində də işlər görülür. Eyni zamanda elmi seminar və müzakirələrin, simpozium və konfransların təşkili, tələbələrin tədqiqat işlərinə cəlb edilməsi əsas istiqamətlərdəndir. 

      Kafedranın professor-müəllim heyəti beynəlxalq və respublika səviyyəli simpozium və konfranslarda mütəmadi olaraq təmsil olunurlar. 

     Kafedrada beynəlxalq əlaqələr istiqamətində mühüm işlər görülür. Universitetin müxtəlif xarici ölkə ali təhsil müəssisələri ilə bağladığı beynəlxalq əməkdaşlıq proqramlarından müəllim və tələbə heyəti səmərəli istifadə edir. Bu baxımdan Türkiyənin Yunus Əmrə İnstitutu ilə əməkdaşlıq çərçivəsində Universitetdə türk dili və ədəbiyyatı ixtisası üzrə təhsilalanların daha yüksək şəkildə hazırlığını artırmaq məqsədilə hər tədris ilində Türkiyədən müəllimlər dəvət edilir.

Tədris olunan fənlər

Bakalavr

  • Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
  • Dastan yaradıcılığı
  • Dialektologiya
  • Dil tarixi
  • Dilçiliyə giriş
  • Dünya ədəbiyyatı 
  • Ədəbi dil tarixi
  • Ədəbi məktəblər
  • Ədəbi tənqid
  • Ədəbiyyat nəzəriyyəsi
  • Ədəbiyyatşünaslığa giriş
  • Əruzun nəzəri əsasları
  • İxtisas (regionunun) ölkəsinin ədəbiyyatı
  • Klassik şerin poetikası
  • Mətnin təhlili
  • Mətnlər üzrə iş
  • Mifologiyanın əsasları
  • Müqayisəli ədəbiyyatşünaslıq
  • Nağılların poetikası
  • Nağılların poetikası
  • Ölkə ədəbiyyatı tarixi 
  • Ölkə filologiyasına giriş 
  • Ölkəşünaslıq 
  • Öyrənilən əsas dil 
  • Qədim dil 
  • Şifahi xalq ədəbiyyatı (ixtisas ölkəsi üzrə)
  • Ümumi dilçilik 
  • Üslubiyyat və nitq mədəniyyəti 
  • Xarici dil  (türk dili)

Magistratura

  • ABŞ və Latın Amerikası ədəbiyyatı
  • Afrika xalqları ədəbiyyatı
  • Avropa ədəbiyyatı
  • Avropa intibah ədəbiyyatı
  • Avropa maarifçi ədəbiyyatı
  • Avropa modernist ədəbiyyatı
  • Avropa postmodernist ədəbiyyatı
  • Avropa realist ədəbiyyatı
  • Avropa romantizm ədəbiyyatı
  • Azərbaycan dili morfologiyasının aktual problemləri
  • Azərbaycan dili sintaksisinin əsas nəzəri problemləri
  • Azərbaycan dilinin morfonologiyası
  • Azərbaycan dilinin onomologiyası
  • Azərbaycan divan ədəbiyyatı
  • Azərbaycan təsəvvüf ədəbiyyatı 
  • Dilçiliyin nəzəri problemləri 
  • Ədəbi cərəyan və konsepsiyalar
  • Ədəbi əlaqələr
  • Ədəbi təhlil texnikası
  • Ədəbi tənqidin nəzəri problemləri
  • Filologiyanın müasir problemləri
  • Filologiyanın tarixi və inkişafı
  • Folkor və yazılı ədəbiyyatın problemləri
  • Funksional üslubiyyat problemləri
  • German dilçiliyinin tarixi
  • Hermenevtika
  • Müasir leksikoqrafiyanın başlıca problemləri
  • Narratalogiya
  • Semasiologiya
  • Semiotika
  • Şərq və Qərb ədəbiyyatının müqayisəli təhlili
  • Sintaksisin aktual problemləri 
  • Slavyan xalqları ədəbiyyatı
  • Sosial və psixoloji dilçiliyin aktual problemləri
  • Tarixi poetika
  • Uzaq Şərq ədəbiyyatı
  • Yaxın və Orta Şərq ədəbiyyatı

Kafedramızın əməkdaşları

Hazırda kafedrada 13 nəfər professor, 12 nəfər dosent, 6 nəfər baş müəllim, 5 nəfər müəllim fəaliyyət göstərir.

Image

Elmira Məmmədova-Kekeç Fikrət qızı

Kafedra müdiri, fil.e.n.,dosent

Image

Mahmud Allahmanov Qara oğlu

fil.e.d., professor
Image
Image

Fəxrəddin Yadigar oğlu Veysəlli

fil.e.d., professor
Image

İkram Ziyad oğlu Qasımov

fil.e.d., professor
Image

İlham Mikayıl oğlu Tahirov

fil.e.d., professor
Image

Çingiz Məmməd oğlu Qaraşarlı

fil.ü.e.d., professor
Image

Mayıl Əsgərov Binnət oğlu

fil.e.d., professor
Image

Firudin Ağası oğlu Cəlilov

fil.e.d., professor
Image

Tərlan Aslan oğlu Quliyev

fil.e.d., professor

Image

Seyfəddin Rzayev Gülverdi oğlu

fil.ü.e.d., professor

Image

Fərəh Cabbar qızı Cəlil

fil.ü.e.d., professor

Image
Image

Kəmalə Şamil qızı Əhmədova

fil.ü.e.d., dosent
Image
Image

Enver Kamil oğlu Kapağan

fil.ü.f.d., dosent
Image

Rasim Heydərov Arif oğlu

 fil.e.n., dosent
Image

Maral Rafiq qızı Yaqubova

fil.ü.f.d., dosent

Image
Image

Əfsanə Nağıyeva Habil qızı

il.ü.f.d., müəllim
Image

 Zəhra Şaban qızı Rəsulzadə

böyük laborant
Image

Lalə Bəhruz qızı Məmmədova

böyük laborant