İxtisaslar
Doktorantura / Dissertantura
- ....
“Tərcümə” kafedrası 2002-ci ildə yaradılmış, müxtəlif illərdə struktur dəyişikliklərinə uyğun olaraq “I Tərcümə (ingilis dili üzrə)”, “II Tərcümə (alman, fransız, fars, ərəb, ispan dilləri üzrə)”, “Tərcümə, xarici ölkələrin dili və ədəbiyyatı”, “Praktik dil və tərcümə”, “Tərcümə” kafedrası adı ilə fəaliyyət göstərmişdir. Kafedra “Filologiya” fakültəsinin tərkibinə daxildir.
Kafedra Bakı Avrasiya Universitetinin əsas tədris-elmi struktur vahidi olmaqla tədris, tədris-metodiki, təşkilati-metodiki, elmi-tədqiqat fəaliyyətini həyata keçirir, “Filologiya” fakültəsinin “Tərcümə (ingilis, alman, fransız, ərəb dili)” ixtisası üzrə buraxılış kafedrasıdır. Kafedra respublikamızda ilk dəfə olaraq “Sinxron tərcümə” ixtisası üzrə kadr hazırlığını təmin etmiş və həmin ixtisas üzrə son buraxılış 2010/2011-ci tədris ilində olmuşdur.
Kafedra öz fəaliyyətini Azərbaycan Respublikası Konstitusiyası, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, diğər qanunvericilik aktları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin müəyyənləşdirdiyi normativ hüquqi aktlar, Universitetin Nizamnaməsi, Universitet Elmi Şurasının qərarı və rektorun əmr və sərəncamları əsasında qurur.
Kafedra aşağıdakı vəzifələri həyata keçirir:
Kafedranın professor-müəllim heyəti tərəfindən ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələri üzrə fənlərin tədrisi həyata keçirilir. Tələbələrə ixtisasın dili müasir interaktiv metodlardan istifadə, qabaqcıl təcrübənin öyrənilməsi və səmərəli şəkildə tətbiqi yolu ilə nəzəri və praktik cəhətdən dərindən öyrədilməklə yanaşı, müasir əmək bazarının tələblərinə uyğun olaraq peşəkar tərcüməçi vərdişləri, ixtisası üzrə öyrəndiyi xarici dildə şifahi və yazılı kommunikasiya bacarıqları aşılanır. Kafedra tələbələrin peşəkar tərcüməçi kimi formalaşması işinə respublikada müvafiq sahə üzrə fəaliyyət göstərən işəgötürənləri, həmçinin müxtəlif tərcümə mərkəzlərini cəlb etməklə tədris prosesinin səmərəliliyinin artırılmasına nail olmuş və kadr hazırlığında uğurlu nəticələr əldə etmişdir.
Kafedrada linqvistikanın və tərcüməşünaslığın müxtəlif problemləri üzrə elmi-tədqiqat işlərinin aparılması, dərslik, proqram və müxtəlif tədris vəsaitlərinin hazırlanması istiqamətində də işlər görülür. Eyni zamanda elmi seminar və müzakirələrin, simpozium və konfransların təşkili, tələbələrin tədqiqat işlərinə cəlb edilməsi əsas istiqamətlərdəndir.
Kafedranın professor-müəllim heyəti beynəlxalq və respublika səviyyəli simpozium və konfranslarda mütəmadi olaraq təmsil olunurlar.
Kafedrada beynəlxalq əlaqələr istiqamətində mühüm işlər görülür. Universitetin müxtəlif xarici ölkə ali təhsil müəssisələri ilə bağladığı beynəlxalq əməkdaşlıq proqramlarından müəllim və tələbə heyəti səmərəli istifadə edir.
“I Tərcümə (ingilis dili üzrə)” kafedrasının ilk kafedra müdiri Orucov Rafiq Məmmədqulu oğlu, “II Tərcümə (alman, fransız, fars, ərəb, ispan dilləri üzrə)” kafedrasının ilk kafedra müdiri Rəhimov Həsən Piri oğlu olmuşdur.
Hazırda kafedranın müdiri filologiya elmləri namizədi, dosent Rzayeva Sevda Ramiz qızıdır...
Kafedranın ştat cədvəli onun peşə yönümündən asılı olaraq formalaşır və Rektor tərəfindən təsdiq olunmuş dərs yükünə əsasən hər il hazırlanır. Ştat cədvəli müəyyənləşdirilmiş qaydalara əsasən razılaşdırılır.
fil.ü.f.d., dosent
baş müəllim
baş müəllim
baş müəllim
baş müəllim
baş müəllim
baş müəllim
baş müəllim
müəllim
müəllim
müəllim